“Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başladı

Baş səhifə

Bakı.Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan
Respublikasının Kosmik Agentliyi, İsrail Aerokosmik Sənayesi
Korporasiyası və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı ilə
təsis edilmiş “Vistar” Mükəmməllik Mərkəzində üçüncü dalğanın
təlimlərinə müraciətlər açıq elan edilib.

Təlim proqramı İT sahəsində insan kapitalının gücləndirilməsi,
erkən mərhələdəki startapların sistemli şəkildə inkişaf
etdirilməsi, süni intellekt və peyk texnologiyalarının
kommersiyalaşdırılması üzrə bilik və bacarıqların, həmçinin müasir
biznes mühitində böyük önəm kəsb edən “yumşaq bacarıqlar”ın
inkişafını hədəfləyir.

Yeddi həftə intensiv davam edəcək təlimlərdə iştirakçılar
İsrailin Holon Texnologiya İnstitutu başda olmaqla, İsrailin bir
sıra aparıcı təhsil mərkəzlərinin mentor və ekspert dəstəyindən
faydalana biləcəklər. Proqramın yekununda iştirakçılar arasından
startaplar formalaşacaq və “Demo Day” tədbirində həmin startaplar
öz layihələrini təqdim edəcəklər.




Proqrama müraciətlər 2026-cı il 27 iyun tarixinədək aktiv olacaq
və aşağıdakı link vasitəsilə mümkündür:

https://docs.google.com/forms/d/e/1FAIpQLSf889eISgiR4fkgZbzhGr7iy3Jnle-E0GF-dj2H_nSGWUGnlQ/viewform

Qeyd edək ki, “Vistar” Mükəmməllik Mərkəzinin birinci dalğa
təlimlərinə 2025-ci ilin noyabrında start verilmişdir. Təlim
proqramı 2 əsas moduldan ibarətdir: “İnnovasiya və sahibkarlıq” və
”Peyk innovasiyaları və tətbiqləri”. İkinci dalğa 2026-cı ilin
fevralında başlamışdır. Hər iki dalğadan ümumilikdə 62 iştirakçı
məzun olmuşdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir