İsrail və İran atəşkəs istəyir – Tramp

Baş səhifə

Bakı.Trend:

Həm İsrail, həm də İran dərhal atəşkəsin əldə olunmasını
istəyir.

Trend xəbər verir
ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” sosial
şəbəkə hesabında yazıb.

“Hər iki tərəf – həm İsrail, həm də İran – dərhal atəşkəs əldə
etmək istəyir! Sülhə dair yekun danışıqlar davam edir, lakin
cəhalət və ya axmaqlıq onların önünü kəsə bilər. Yekun razılaşma
əldə olunana qədər blokada qüvvədə qalacaq və tam şəkildə tətbiq
ediləcək. Hadisələr sürətlə inkişaf etməlidir”, – deyə Donald Tramp
yazıb.

Bundan öncəki paylaşımında Tramp hər iki tərəfi dərhal atəşkəsə
çağırmışdı.




Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən müvəqqəti atəşkəs
barədə razılığa gəliblər. İyunun səkkizinə keçən gecə İsrailə və
İran arasında atəşkəs pozulub, tərəflər qarşılıqlı olaraq raket və
hava zərbələri endirməyə başlayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir