
Bakı.Trend:
Goranboy rayonunun Səmədabad kəndi ərazisində ağır yol-nəqliyyat
hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı
nazirliyin “112” qaynar telefon xəttinə avtomobillərdə insanların
sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat
əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
Ucar Rayon Yanğından Mühafizə Hissəsinin
yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Hadisə yerində aparılan qiymətləndirmə zamanı “VAZ-2106” və
“VAZ-2107” markalı minik avtomobillərinin toqquşduğu müəyyən
edilib. Qəza nəticəsində bir neçə nəfər deformasiyaya uğramış
avtomobillərdə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi avadanlıqlardan istifadə etməklə müxtəlif
dərəcəli bədən xəsarətləri alan 1942-ci il təvəllüdlü Gülnarə
Hüseynovanı və 1991-ci il təvəllüdlü Çinarə Əsgərovanı
avtomobillərdən çıxararaq təcili tibbi yardım briqadasına təhvil
veriblər.
Həmçinin xilasedicilər 1969-cu il təvəllüdlü Rza Qasımovun və
1940-cı il təvəllüdlü Şahbaz Qarayevin meyitlərini avtomobillərdən
çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qəza nəticəsində ümumilikdə 3 nəfər xəsarət alıb, 2 nəfər isə
həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

