“Real” Fransa millisinin müdafiəçisi ilə müqavilə imzaladı

Baş səhifə

Bakı. Trend:

“Liverpul” və Fransa millisinin müdafiəçisi İbrahima Konate
“Real”la müqavilə imzalayıb.

Trend xəbər
verir ki, 27 yaşlı futbolçunun müqaviləsi 2030-cu ilin yayına
qədərdir.




Konate 7 iyun bazar günü yenidən seçilən klub prezidenti
Florentino Peresin seçki kampaniyası zamanı vəd edilən
transferlərdən biri idi. Müdafiəçi müqaviləsinin müddəti bitdikdən
sonra (30 iyun 2026-cı il) “Liverpul”u azad agent kimi tərk
edəcək.

Konate hazırda Fransa milli komandasının düşərgəsindədir və
DÇ-2026-ya hazırlaşır. Fransızlar İ qrupunda Seneqal, Norveç və
İraqla mübarizə aparacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir