Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə beynəlxalq Konvensiyaya qoşulacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycan “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə
nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulacaq.

Trend-in
məlumatına görə, bununla bağlı məsələ parlamentin bugünkü iclasında
müzakirə olunub.

Bildirilib ki, “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə
nəzarət haqqında” Beynəlxalq Konvensiya 5 oktyabr 2001-ci il
tarixində London şəhərində imzalanıb.

Konvensiyanın məqsədi gəmilərdə istifadə olunan çirklənmə
əleyhinə sistemlərin dəniz mühitinə və insan sağlamlığına zərərli
təsirlərinin qarşısının alınması, bu sahədə beynəlxalq nəzarət
mexanizminin yaradılması və ekoloji cəhətdən daha təhlükəsiz
sistemlərin tətbiqinin təşviq edilməsidir.

Konvensiya ilə tərəf dövlətlər üçün zərərli çirklənmə əleyhinə
sistemlərin tətbiqinin məhdudlaşdırılması və ya qadağan edilməsi,
gəmilərin yoxlanılması və sertifikatlaşdırılması, bu sahədə
monitorinq və məlumat mübadiləsinin həyata keçirilməsi ilə bağlı
öhdəliklər müəyyən edilir.

Sənəddə gəmilərdə istifadə olunan bəzi toksik maddələrin,
xüsusilə biosid kimi istifadə edilən orqanoqalay birləşmələrinin
istifadəsinə məhdudiyyətlər nəzərdə tutulur. Eyni zamanda,
“Sibutrin” maddəsinin tətbiqi ilə bağlı nəzarət tədbirləri müəyyən
edilir. Konvensiyanın əlavələrində həmin maddələrin tətbiqinə dair
qadağalar, keçid müddəaları və nəzarət mexanizmləri əks olunub.




Konvensiyaya əsasən, beynəlxalq səfərlərdə iştirak edən müəyyən
kateqoriyalı gəmilər üçün müvafiq beynəlxalq şəhadətnamələrin və
bəyanamələrin verilməsi nəzərdə tutulur. Gəmilərin Konvensiyanın
tələblərinə uyğunluğu tərəf dövlətlərin səlahiyyətli orqanları və
ya tanınmış təşkilatlar tərəfindən aparılan yoxlamalar vasitəsilə
müəyyən edilir.

Bununla yanaşı, Konvensiya çərçivəsində zərərli maddələrin
qiymətləndirilməsi üçün elmi və texniki mexanizmlər müəyyən edilir,
Beynəlxalq Dəniz Təşkilatı (IMO) çərçivəsində müvafiq prosedurlar
və əməkdaşlıq tədbirləri nəzərdə tutulur.

Konvensiya dəniz mühitinin mühafizəsinə, insan sağlamlığının
qorunmasına, beynəlxalq gəmiçilik sahəsində vahid ekoloji
təhlükəsizlik standartlarının tətbiqinə və dövlətlər arasında
əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Konvensiya 21 maddə və 4 əlavədən ibarətdir.

Əlavələrdə çirklənmə əleyhinə sistemlərə nəzarət tədbirləri,
qadağan məhdudlaşdırılan maddələrin siyahısı, həmin maddələrin
qiymətləndirilməsi üçün texniki və elmi meyarlar, habelə beynəlxalq
şəhadətnamə və bəyannamələrin formaları müəyyən edilir. Bununla
yanaşı, gəmilərin yoxlanılması və sertifikatlaşdırılması
prosedurları da əks olunub.

“Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət
haqqında beynəlxalq Konvensiya”ya qoşulmaq barədə qanunu layihəsi
müzakirələrdən sonra səsverməyə qoyularaq bir
oxunuşda
qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir