SpaceX-in bazar kapitallaşması 2 trilyon dollara çata bilər

Baş səhifə

Bakı. Trend:

SpaceX-in bazar kapitallaşması “Nasdaq” birjasında debütündə 2
trilyon dollara çata bilər.

Xarici media yazır ki, SpaceX səhm sövdələşməsi ilə bağlı güclü
tələbat boz bazarın formalaşmasına səbəb olub. Rəsmi siyahıdan
əvvəl forvard müqavilələrinin bağlandığı birjadankənar (OTC)
bazarlarda spekulyativ qiymətlər səhm başına 175 dollara çatıb ki,
bu da rəsmi 135 dollarlıq IPO qiymətindən 29,6% yüksəkdir.




Bu tendensiya davam edərsə, SpaceX-in bazar kapitallaşması 2
trilyon dolları keçə bilər və bu, onu ABŞ-da səhmləri açıq şəkildə
satılan altıncı ən böyük şirkətə çevirə bilər. SpaceX səhmlərinin
Nasdaq birjasında ticarətinin iyunun 12-də sessiyanın ortalarında
başlaması gözlənilir. Buraxılışın gecikməsi tələb və təklifin
balanslaşdırılması zərurəti ilə əlaqədardır.

Şirkət ümumilikdə 555,5 milyon səhm buraxaraq IPO-da 75 milyard
dollar cəlb edib və şirkətə 1,77 trilyon dollar bazar
kapitallaşması qazandırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir