Bank kartlarında problem niyə baş verib? – Mərkəzi Bankdan AÇIQLAMA

Baş səhifə

Bakı. Trend:

24 iyun 2026-cı il tarixində “Azərikard” MMC-yə üzv olan bir
sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar
silinməsi məsələsi ilə bağlı bildirilir ki, sözügedən insident
hər-hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil,
texniki səbəblərdən baş verib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.




“Əhalinin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası
Mərkəzi Bankının ödəniş sistemlərinin, eləcə də ölkədə fəaliyyət
göstərən prosessinq mərkəzlərinin və kommersiya banklarının
informasiya sistemləri və ödəniş infrastrukturunun sabitliyi,
davamlılığı və etibarlılığı ilə əlaqədar hər-hansı çətinlik
müşahidə olunmur.

Qeyd olunan texniki nasazlıq aidiyyəti üzrə artıq aradan
qaldırılmışdır. Bank xidmətləri müştərilərindən yalnız rəsmi
mənbələrdə əks etdirilən məlumatlara istinad edilməsi xahiş
olunur”, – məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir