Avropada temperatur rekordları qırılır

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyada iyun ayının ən isti günü qeydə alınıb.

Xarici media yazır ki, Surrey qraflığında temperatur 35,7 dərəcə
Selsiyə yüksəlib. Bu rəqəm 1976-cı ildə qeydə alınan 35,6 dərəcə
Selsi rekordunu qırıb.

Bu arada İspaniyanın meteorologiya xidmətləri iyun ayında ölkədə
1950-ci ildən bəri ən yüksək orta temperaturun qeydə alındığını
açıqlayıb. Dünən ölkə üzrə orta temperatur 28,17 dərəcə Selsi olub,
bazar ertəsi isə bu rəqəm 28,08 dərəcə Selsi olub. İyun ayı üçün
əvvəlki rekord 28,01 dərəcə Selsi olub və 30 iyun 2025-ci ildə
qeydə alınıb.




Bu arada, İspaniyada temperatur çərşənbə axşamı günü 40 dərəcə
Selsiyə çatıb. Xüsusilə, İspaniyanın şimalındakı Kantabriyada civə
sütunu 43,7 dərəcə Selsiyə yüksəlib.

Daha əvvəl Qərbi Avropanın böyük bir hissəsində həddindən artıq
isti hava şəraitinin hökm sürdüyü bildirilmişdi.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki,
Avropa ölkələrində isti hava dalğası insanların həyatı və
sağlamlığı üçün təhlükə yaradır və hakimiyyət orqanları iqlim
dəyişikliyini məhdudlaşdırmaq üçün tədbirlər görməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir