
Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə vətəndaşlar itkin düşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Xilasedicilər axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edərək xilas edib.
Axtarışlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və kənd camaatı da iştirak edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

