
Bakı.Trend:
Tehran və Vaşinqton nümayəndələri arasında danışıqların növbəti
mərhələsi iyulun 18-də başlayacaq.
Bu barədə Al Hadath məlumat yayıb.
Telekanalın yüksəkvəzifəli mənbəsinin sözlərinə görə, “İran və
ABŞ arasında növbəti dolayı danışıqlar raundu iyulun 18-də
başlayacaq”.
İran və ABŞ nümayəndə heyətlərinin görüşünün harada keçiriləcəyi
barədə hələlik məlumat verilməyib.

