FİFA-nın qalmaqallı qərarı UEFA-nın etirazına səbəb oldu

Baş səhifə

Bakı.Trend:

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2026-cı il dünya
çempionatının 1/8 final mərhələsində ABŞ yığmasının hücumçusu
Folarin Baloqunun Belçika ilə oyun ərəfəsində qırmızı vərəqəsinin
ləğv edilməsi ilə bağlı Beynəlxalq Futbol Federasiyasının (FIFA)
qərarına reaksiya verib.

Bu barədə qurumun rəsmi saytında məlumat verilib. UEFA bu qərarı
tənqid edərək bildirib ki, bu, oyunun bütövlüyünü təhlükə altına
qoyur. Qeyd olunub ki, hazırkı dünya çempionatında artıq bir neçə
futbolçu analoji cəza alıb və Baloqun üçün presedent yaradılması
turnirin bütün iştirakçılarına bərabər münasibət prinsipini
pozur.




Avropalı futbol rəsmiləri xəbərdarlıq ediblər ki, qaydaların
qeyri-şəffaf tətbiqi “yarışlara olan etimadı sarsıdır və ümumilikdə
futbolun nüfuzuna zərər vura bilər”. Onlar bu qərarı misli
görünməmiş, anlaşılmaz və əsassız adlandırıblar.

Bundan əvvəl məlum olmuşdu ki, Belçika Kral Futbol Assosiasiyası
FIFA-nın Baloqunun diskvalifikasiyasının dayandırılması barədə
qərarından şikayət verə bilər. Assosiasiyada FIFA-nın bu qərarı
təəccüblə qarşılanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir