ABŞ-nin İrana son hücumu tamamilə zəruri idi – NATO Baş katibi

Baş səhifə

Bakı.Trend:

ABŞ qüvvələrinin İrana bu gecə etdiyi hücumlar tamamilə zəruri
idi.

Bunu NATO-nun Baş katibi Mark Rutte İran və ABŞ arasında
eskalasiyaların yenidən alovlanması fonunda bildirib.

“Atəşkəs qüvvədə olduğu halda və İran faktiki olaraq bu atəşkəsi
pozduğu zaman, hesab edirəm ki, ABŞ-nin buna qətiyyətli şəkildə
cavab verməsi tamamilə zəruridir”, – deyə Rutte Ankarada NATO
liderlərinin sammiti çərçivəsində jurnalistlərə bildirib.




“Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.

21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan
və Qətərin vasitəçiliyi ilə baş tutub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir