Qaradağda yeni avtomobil körpüləri tikilir

Baş səhifə

Bakı. Trend:

Bakının Qaradağ rayonunda 3 fərqli yol sahəsində yeni
avtomobil körpüləri tikilir.

Bu barədəAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
(AAYDA) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hər üç körpü bir aşırımlı olmaqla
layihələndirilib.




Körpülərdən biri Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi
avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsi ərazisində
tikilir. Hazırda tikinti işləri yekun mərhələyə çatıb və körpünün
asfalt-beton örtüyünün salınması üçün hazırlıq işləri aparılır.

Digər körpü Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü
kilometrində tikilir. Burada dayaqların inşası üçün svaylar
vurulub, bünövrənin betonlanmasına hazırlıq işləri görülür.

Üçüncü körpü isə Lökbatan–Güzdək avtomobil yolunun 2,2-ci
kilometrində tikilir. Hazırda birinci kənar dayağın inşası davam
etdirilir, ikinci dayağın isə bünövrəsi artıq hazırdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir