Qubanın Afurca kəndində torpaq sürüşməsi qeydə alınıb

Baş səhifə

Son günlər aramsız yağan güclü yağışlardan sonra Quba rayonunun bir sıra ərazilərində torpaq sürüşmələri qeydə alınıb.

APA-nın bölgə müxbirinin məlumatına görə, rayonun Afurca kəndi ərazisindəki Sərtəng yaşayış məntəqəsində də sürüşmə olub. Sakinlərin sözlərinə görə, ərazidə baş verən torpaq sürüşməsindən sonra onların rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Sakinlər əsasən yolun bağlanmasından şikayət edirlər.

Quba rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, qeyd olunan yaşayış məntəqəsindəki vəziyyətdən xəbərdardılar və rayonun digər sürüşmə baş verən ərazilərində olduğu kimi, yaxın vaxtlarda Afurca kəndi ərazisində də müvafiq tədbirlər görüləcək.

Xanım Məmmədova

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir