Mərkəzi Bank əhalinin borc yükünün artmasını şərh edib

Baş səhifə

Bakı. Trend:

Məqsəd əhalinin borclanmasını azaltmaq deyil, bu artımın sağlam
əsaslar üzərində formalaşmasını təmin etməkdir.

Trend xəbər
verir ki, bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə bu gün
“Maliyyə sabitliyi hesabatı”nın təqdimatına həsr olunmuş mətbuat
konfransında bildirib.

Onun sözlərinə görə, əsas prinsip insanların yalnız ödəyə
biləcəkləri həcmdə borc götürməsidir:




“Borclanmanın artması müəyyən qədər bazanın aşağı olması ilə
bağlıdır. Eyni zamanda, digər ölkələrin təcrübəsi göstərir ki,
gəlirlər artdıqca borclanma da yüksəlir. Bu baxımdan ümumi
borclanmanın artması normal hesab oluna bilər, əsas məsələ riskli
və həssas kreditlərin payının artmamasıdır.

Statistikaya əsasən, yüksək borc yükünə malik (45%-dən yuxarı)
seqment üzrə azalma müşahidə olunur. Əvəzində, daha çox insan kiçik
məbləğlərlə borc götürməyə başlayıb: əvvəllər 41 nəfər borc
alırdısa, indi bu rəqəm 110 nəfərə çatıb. Bu isə daha təhlükəsiz
hesab olunur, çünki az sayda şəxsin böyük və qaytarılması çətin
borc götürməsindən daha məqsədəuyğundur”.

Qeyd edək ki, əhalinin borc yükü üzrə dinamikası diqqət
mərkəzində saxlanılır. Əhalinin sərəncamda
qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilməyinə
baxmayaraq, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərdəki
payı artmaqdadır. Belə ki, əhalinin borc yükünün sərəncamda qalan
gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0.4 faiz bəndi
artaraq 18.4% olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir