İran husilərə strateji boğazı bağlamaq tapşırığı verib

Baş səhifə

Bakı.Trend:

İran Yəməndən olan husilərə ABŞ-nin İranın enerji
infrastrukturuna hücumlar edəcəyi təqdirdə Bab-əl-Məndəb boğazını
bağlamağı tapşırıb.

Bu barədə “Reuters” üç anonim mənbəyə istinadən məlumat
yayıb.

Qeyd edilir ki, bu məsələr İran rəhbərliyi ilə müzakirə olunub,
daha sonra husilərə qeyd olunan tapşırıq verilib.




Bu göstərişin ABŞ Prezidenti Donald Trampın İranın enerji
infrastrukturuna zərbələr endiriləcəyi ilə bağlı hədələrindən
əvvəl, yoxsa sonra verildiyi məlum deyil.

Husilərə yaxın mənbənin sözlərinə görə, Bab əl-Məndəb boğazı
ətrafında raketlər və pilotsuz uçuş aparatları yerləşdirilib,
boğazın bağlanmasına hazırlıq başa çatdırılıb və hazırda müvafiq
əmrin verilməsi gözlənilir.

Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi və Ərəb dənizi
ilə birləşdirən dünyanın ən mühüm strateji dəniz keçidlərindən
biridir. Bu marşrut Süveyş kanalı ilə birlikdə Avropa ilə Asiya
arasında yükdaşımaların əsas hissəsini təmin edir və qlobal dəniz
ticarətinin təxminən 12 faizi bu dəhlizdən keçir. Boğazın
bağlanması və ya burada gəmiçiliyin pozulması neft və
mayeləşdirilmiş təbii qaz tədarükünü, eləcə də beynəlxalq ticarəti
ciddi şəkildə ləngidərək daşınma xərclərinin artmasına səbəb ola
bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir