Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud
Pezeşkiana təşəkkür edib.

Bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında
paylaşım edilib.

Paylaşımda deyilir:

“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında
söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm.
Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman
bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr
fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha
özünü göstərdi”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir