
Bakı. Trend:
Bakıda 9 marşrutun hərəkət istiqaməti dəyişdirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyat Agentliyinin (AYNA)
Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtın Həsən Seyidbəyli küçəsində aidiyyəti
qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat
vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib:
“Məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205
nömrəli müntəzəm marşrutların hərəkəti Azərbaycan prospekti – Şəmsi
Bədəlbəyli küçəsi – Füzuli küçəsi – Abdulla Şaiq küçəsi – Nəriman
Nərimanov prospekti – Mikayıl Müşfiq küçəsi ilə təşkil edilib.
Eyni zamanda 6, 10, 31, 37, 77 və 205 nömrəli marşrutların
“İçərişəhər” metrostansiyası istiqamətində hərəkəti Parlament
prospekti ilə təşkil olunub”.

