
Bakı. Trend:
12–16 avqustda Almaniyanın Frankfurt şəhərində bədii gimnastika
üzrə 42-ci Dünya çempionatı keçirilir.
Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, Dünya Gimnastika Federasiyasının (World
Gymnastics) təqvimində yer alan mötəbər yarışda dünyanın müxtəlif
ölkələrindən 300-ə yaxın gimnast iştirak edir:
“Çempionat Frankfurtun məşhur Festhalle arenasında təşkil
olunur. Ölkəmizi çempionatda fərdi proqramda Fidan Qurbanlı təmsil
edib. Təmsilçimiz halqa, top, gürzlər və lentlə çıxış edərək
çoxnövçülük üzrə ümumilikdə 75.350 xal toplayıb və yarışın yekun
sıralamasında 43-cü pillədə qərarlaşıb”.

