Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Baş səhifə

Bakı. Trend:

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya
çempionatı davam edir.

Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 60 və 82 kiloqramda,
qadın güləşi üzrə isə 50, 53 və 72 kiloqramda finalçılar
müəyyənləşiblər.

Ayxan Cavadov (60 kiloqram) yarışa inamlı start verib. Dünya
çempionumuz fransalı Maqomed Varayevə tam üstünlüklə (9:0) qalib
gələrək, 1/4 finala yüksəlib. Təmsilçimiz braziliyalı Pedro Enrike
de Souza Rodriqesi isə 6:2 hesabı ilə üstələyərək, adını
yarımfinala yazdırıb. Ayxan yarımfinalda iranlı Əmirəli Heydərini
minimal fərqlə (4:3) məğlub edərək, ardıcıl 2-ci dəfə U-20 dünya
çempionatının finalına vəsiqə qazanıb. Cavadov sabah finalda
özbəkistanlı Dostonbek Oripovla güləşəcək.




Elmin Əliyev (82 kiloqram) ilk 2 görüşü vaxtından əvvəl qələbə
ilə başa vurub. Həmyerlimiz gürcüstanlı Luka Pipiya ilə yaponiyalı
Rondo Kodamaya 8:0 hesabı ilə qalib gəlib. Əliyev 1/4 finalda isə
özbəkistanlı Bekmurod Rustamovu ilk xal prinsipinə əsasən (1:1)
mübarizədən kənarlaşdırıb. O, finalın bir addımlığında belaruslu
Kiril Valevskiyə 4:7 hesabı ilə məğlub olub. Elmin sabah bürünc
medal uğrunda güləşəcək. Rəqib ya Mohammed Şaban (Misir), ya
İsmayıl Bərəkət (Türkiyə), ya da Severi Maeenpaeae (Finlandiya)
olacaq.

Esra Məmmədli (53 kiloqram) təsnifat mərhələsində qazaxıstanlı
Dinara Dauylkızıya uduzub – 1:7.

Mübarizəyə 1/4 finaldan qoşulan Zəhra Kərimzadə (72 kiloqram)
türkiyəli İlayda Çini “tuş” la yolundan kənarlaşdırsa da, finala
gedən yolda hindistanlı Tanu Şarmayla bacarmayıb – 0:11. Zəhra
həlledici qarşılaşmada Liliana Kazmina (Rusiya) – Petra Mueller
(Macarıstan) görüşünün qalibi ilə üz-üzə gələcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir