Ermənistanda daha bir hərbçi intihar edib

Baş səhifə

Ermənistan ordusunun daha bir hərbçisi intihar edib.

“Hraparak” qəzetinin məlumatına görə, Sisian bölgəsində hərbi hissələrdən birində hərbçi meyiti tapılıb.

Hərbçinin çənə sümüyünə atəş açması nəticəsində öldüyü bildirilib.

İntiharın motivi məlum deyil.

Qeyd edək ki, bu, Ermənistan ordusunda iki gün ərzində ikinci, ay ərzində isə beşinci intihar faktıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir