
Bakı. Trend:
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.
Axşam saatlarında Salyan rayonunun Şorsulu kəndi ərazisində
qeydə alınan qəza zamanı “Toyota” və “Opel” markalı minik
avtomobilləri toqquşub. Hadisə nəticəsində Neftçala rayon sakini 64
yaşlı Naib Məhəmməd oğlu Hüseynov ölüb.
Faktla bağlı araşdırma aparılır.

