Gəmidə qəza – sərnişinlər təxliyə edildi

Baş səhifə

Rusiyanın Yaroslavl vilayətində sərnişin gəmisi Volqa çayının akvatoriyasında dayazlığa ilişib.

Modern.az xəbər verir ki, bu barədə vilayətin nəqliyyat departamentindən bildirilib.

Məlumata görə, Uqliç – Rıbinsk – Tutayev – Yaroslavl marşrutu ilə hərəkət edən sərnişin gəmisi Volqada saya oturub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Gəmidəki sərnişinlər təyinat məntəqəsinə avtobusla çatdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir