
Bərdə. Trend:
Səhiyyə işçilərinin əməkhaqlarının artırılması ilə bağlı qəbul
edilən qərarı böyük məmnunluqla qarşılayıram.
Bunu Trend-in
Qarabağ bürosuna açıqlamasında Bərdə Rayon Mərkəzi Xəstəxanasının
həkimi Ramilə Əhmədova deyib.
Onun sözlərinə görə, əməkhaqlarının artırılması tibb işçilərinin
əməyinə verilən yüksək qiymətin və onlara göstərilən dövlət
qayğısının bariz nümunəsidir.
“Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya səhiyyə işçilərinə göstərdikləri diqqət və
qayğıya görə, dərin minnətdarlığımızı bildiririk”, – deyə o qeyd
edib.
R.Əhmədova bildirib ki, əməkhaqlarının artırılması tibb
işçilərinin sosial rifahının yaxşılaşdırılması baxımından mühüm
əhəmiyyət daşıyır.
“Bu qərar eyni zamanda səhiyyə işçilərinə peşə fəaliyyətlərini
daha böyük məsuliyyət və ruh yüksəkliyi ilə davam etdirmək üçün
əlavə stimul verir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının kollektivi
adından ölkə rəhbərliyinə göstərilən diqqət və qayğıya görə
təşəkkürümüzü bildiririk.
Biz də öz növbəmizdə vətəndaşlara keyfiyyətli və peşəkar tibbi
xidmət göstərmək üçün bundan sonra da bütün imkanlarımızdan
istifadə edəcək, üzərimizə düşən vəzifələri layiqincə yerinə
yetirməyə çalışacağıq”, – deyə R.Əhmədova əlavə edib.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyin
yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının
gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin
əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident
İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı
müvafiq tapşırıq verib.
Əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il
sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb
müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edəcək.
Onlardan 15 804 nəfər və ya 21,9 faizi həkim, 36 041 nəfər və ya
49,9 faizi orta tibb heyəti, 20 367 nəfər və ya 28,2 faizi isə
kiçik tibb heyətidir.
Yeni qərara əsasən, tibb işçilərinin ümumi əməkhaqqı artımı 135
faizə qədər təşkil edəcək.
Əməkhaqqı artımlarının maliyyələşdirilməsi məqsədilə əməkhaqqı
fonduna 189 milyon manat əlavə vəsait ayrılacaq.

