Arvadını öldürüb, baldızını bıçaqladı: Hadisə yerindən qaçdı

Kriminal

Sabirabad sakini həyat yoldaşını qətlə yetirib, baldızını isə yaralayıb.

APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri Xəqani küçəsi 11-də yerləşən mənzillərdən birində baş verib.

Həmin ünvanda kirayə yaşayan Sabirabad rayonunun Qarağac kənd sakini, 1992-ci il təvəllüdlü Qəmbərov Kəmaləddin Rasəddin oğlu həyat yoldaşı – Sabirabad rayonunun Beşdəli kənd sakini, 1994-cü il təvəllüdlü Qəmbərova Cəmilə Yaqut qızını bıçaqla qətlə yetirib.

Qəmbərov Kəmaləddin daha sonra baldızı Məcidova Sevinc Yaqut qızına ayağından xəsarət yetirərək hadisə yerindən qaçıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində K.Qəmbərov saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir