
Bakı.Trend:
İsrailin şimalında, Livanla sərhəd yaxınlığındakı Ramim dağ
silsiləsi ərazisində partlayış baş verib.
Bu barədə “Times of Israel” məlumat yayıb.
Təcili tibbi yardım xidmətinin məlumatına görə, hadisə
nəticəsində ümumilikdə 20 nəfər yaralanıb
Bildirilib ki, daha iki nəfərin vəziyyəti ağır, üç nəfərin
vəziyyəti isə orta ağırdır.
Məlumata görə, təcili yardım xidmətinin əməkdaşları hadisə
yerində vəziyyəti qənaətbəxş hesab edilən daha 15 nəfəri müayinə
edirlər. Bildirilib ki, onlardan bəzilərinin xəstəxanaya
yerləşdirilməsi tələb oluna bilər.
Qeyd edilib ki, hadisə nəticəsində xəsarət alanlar Pe’er
müşahidə məntəqəsinin yaxınlığında dağ gəzintisinə çıxan
məktəblilər və müəllimlərdir. Partlayışın zərərsizləşdirilməmiş
hərbi sursatın partlaması nəticəsində baş verdiyi ehtimal
olunur.
Bildirilib ki, hadisənin səbəbi səlahiyyətli orqanlar tərəfindən
araşdırılır.

