Bakı metrosunda sərnişinin halı pisləşib.
Oxu.Az xəbər verir ki, hadisə səhər saatlarında metronun “Nizami” stansiyasında qeydə alınıb.
Gənc qız bir anda huşunu itirərək, yerə yıxılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirib ki, gənc qızın halı pisləşib və metropoliten əməkdaşları ona yardım ediblər:
“Xanım sərnişin üçün təcili tibbi yardım briqadası çağırılıb. Təcili yardım gələnə qədər polislər və metropoliten əməkdaşları sərnişinə ilkin yardım göstəriblər”.
Könül Cəfərli
www.102info.az