Fransada Renuarın muzeyindən 4 rəsm oğurlanıb

Baş səhifə

Bakı. Trend:

Fransız impressionist rəssam Ogüst Renuarın Fransanın cənubunda,
Nitsa yaxınlığındakı Kan-sür-Mer kommunasında yerləşən muzeyindən
naməlum şəxslər dörd rəsm əsərini oğurlayıblar.

Bu barədə “TF1” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Cinayətkarlar çərşənbə axşamı səhər tezdən muzeyə daxil olublar.
Kanalın məlumatına görə, yerli vaxtla saat 06:00 radələrində (Bakı
vaxtı ilə 08:00) siqnalizasiya işə düşdükdən sonra polisə məlumat
verilib.




Müşahidə kameralarının görüntülərinə baxan istintaqçılar iki
soyğunçunun rəsm əsərlərini çərçivələrdən kəsib çıxardığını müəyyən
ediblər. İlkin məlumata görə, dörd əsər oğurlanıb, lakin onların
adları hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, son illərdə Fransa muzeyləri dəfələrlə irimiqyaslı
oğurluqların hədəfinə çevrilib. Xüsusilə, 2025-ci ilin oktyabrında
cinayətkarlar Luvr muzeyindən Fransa monarxlarına məxsus
kolleksiyadan zərgərlik məmulatlarını oğurlayıblar. Bir neçə saat
sonra isə Fransanın şərqindəki Lanqr şəhərində yerləşən “Denis
Didro Maarif Evi” muzeyi qarət edilib və buradan qızıl və gümüş
sikkələrdən ibarət kolleksiya oğurlanıb. Bu hadisələrdən sonra
ölkənin Daxili İşlər Nazirliyi muzeylər və mədəni irs obyektləri
ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə
göstəriş verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir