Britaniyada hava nəqliyyatı iflic olub

Baş səhifə

Bakı.Trend:

Britaniya hava limanlarında hava hərəkətinin idarə edilməsi
sistemində baş vermiş genişmiqyaslı texniki nasazlıq səbəbindən 1,9
mindən çox reys təxirə salınıb.

Bu barədə “The Times” “Cirium”a istinadən məlumat yayıb.

Nasazlıq Hitrou, Qatvik, Stansted, London-Siti və digər hava
limanlarının fəaliyyətinə təsir göstərib və Avropanın müxtəlif
yerlərində reyslərin gecikməsinə səbəb olub.




“Ryanair” 200-dən çox reysin ləğv edildiyini və ya gecikdiyini,
bunun 150 minədək sərnişinə təsir göstərdiyini açıqlayıb. “British
Airways” isə 100-dən çox reysi ləğv edib və ya başqa istiqamətə
yönləndirib, həmçinin çərşənbə günü mümkün fasilələr barədə
xəbərdarlıq edib.

NATS-ın rəhbəri Martin Rolf kibertəhlükəni istisna edib. Böyük
Britaniyanın Mülki Aviasiya İdarəsi NATS-dan baş vermiş hadisə ilə
bağlı tam hesabat təqdim etməsini tələb edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir