
Bakı. Trend:
Azərbaycanın tanınmış jurnalisti Nəcəf Nəcəfovun məzarından
bürünc barelyef oğurlanıb.
Hadisənin sentyabrın 9-u səhər saatlarında İkinci Fəxri
Xiyabanda (Qurd qapısı) baş verdiyi məlum olub.
Məzarın başdaşına quraşdırılmış barelyef Nəcəf Nəcəfovun vaxtilə
rəhbərlik etdiyi “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin
iki səhifəsini əks etdirib.
Trend-in əldə
etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi
əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli
bilinən 1973-cü il təvəllüdlü Ülvi Kazımov saxlanılıb.
Araşdırmalar zamanı oğurlanmış barelyefin satıldığı yer də
müəyyən edilib. Barelyef maddi sübut kimi götürülüb. Baxış zamanı
onun hissələrə doğrandığı müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq və digər zəruri
tədbirlər davam etdirilir.
Qeyd edək ki, Nəcəf Nəcəfov 1980–1990-cı illərdə “Azərbaycan
gəncləri” və “Azadlıq” qəzetlərinin redaktoru olub. O
Nəcəf Nəcəfov 1999-cu ildə vəfat edib.

