İlin sonuna yığılan satınalmalar büdcə öhdəliklərini artırır – Vüqar Gülməmmədov

Baş səhifə

Bakı. Trend:

Dövlət satınalmalarının əsas hissəsinin ilin son rüblərində
həyata keçirilməsi büdcə öhdəliklərinin artmasına səbəb olur.

Bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya
birgə müsahibəsində deyib.

Onun sözlərinə görə, 2025-ci ildə satınalmaların il ərzində
bölgüsündə müəyyən balanslaşma müşahidə olunsa da, əsas yük yenə də
üçüncü və dördüncü rüblərin üzərinə düşüb.

“2025-ci ildə keçirilən satınalmaları iki hissəyə bölsək,
birinci yarımillikdə keçirilən satınalmaların xüsusi çəkisi 31
faizdən 41 faizə yüksəlib, ikinci yarımillikdə isə bu göstərici 59
faiz təşkil edib. Bu, əvvəlki illərlə müqayisədə daha balanslı
bölgüdür. Lakin rüblər üzrə bölgüyə baxdıqda əsas yükün üçüncü və
dördüncü rüblərə düşdüyünü görürük. Rübün sonunda və ilin son
rüblərində daha çox büdcə vəsaitinin xərclənməsi müəyyən qədər
avans ödənişlərinin həcminin artmasına səbəb olur. Bu isə
öhdəliklərin artmasına gətirib çıxarır”, – deyə o bildirib.




V.Gülməmmədov qeyd edib ki, Hesablama Palatası satınalmaların il
ərzində daha bərabər paylanmasının tərəfdarıdır.

Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
(OECD) və Dünya Bankı satınalmaların rüblər üzrə 40, 30, 20 və 10
faiz nisbətində bölüşdürülməsini ən optimal model hesab edir.

“Bizdə hələlik bu bölgüyə tam əməl olunmasa da, müəyyən
dəyişikliklər müşahidə edilir və bu istiqamətdə irəliləyişin davam
etməsinin tərəfdarıyıq”, – deyə Hesablama Palatasının sədri əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir