
Bakı. Trend:
Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış
yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü
saat 14:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, əsasən əksər rayonlarda əsasən yağmursuz hava
şəraiti müşahidə olunub. Lakin Lənkəran-Astara zonasında
qısamüddətli leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 11, Cəlilabadda 10, Astarada
6 mm-dək qeydə alınıb.

