Bitkoinin qiyməti 77,6 min dollara yüksəlib

Baş səhifə

Bakı. Trend:

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə
qarışıq dinamika qeydə alınıb.

“CoinMarketCap” platformasında Bitkoin son 24 saatda 0,17%
bahalaşaraq 77 682,59 ABŞ dollarına yüksəlib.




Bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan
“Ethereum” isə 0,50% ucuzlaşaraq 2 499,18 dollara enib. “Zcash”
2,56% bahalaşaraq 1 141,18 dollara yüksəlib. BNB 0,18% azalaraq
720,97 dollara, “Monero” 2,15% geriləyərək 513,61 dollara
düşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir