
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Ayaz Əsgərovov 2006-2011-ci illərdə Bakı şəhərinin Nəsimi rayonunda icra başçısının müavini, 6 oktyabr 2011-ci il tarixdən 19 may 2016-cil tarixədək Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
19 may 2016-cı il tarixdən 15 sentyabr 2026-cı il tarixinədək isəYardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Modern.az-ın məlumatına görə, Ayaz Əsgərovov “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri, nəqliyyat nazirinin sabiq müavini Arif Əsgərovun qardaşıdır.
Məlumatlara görə, Ayaz Əsgərovun vəzifə pillələrində irəliləməsi qardaşı Arif Əsgərovun sayəsində mümkün olub.
Xatırladaq ki, Arif Nəriman oğlu Əsgərov 2004-cü ildə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəisi təyin edilib. 2009-cu ildə Dövlət Dəmir Yolu İdarəsi QSC-yə çevrildikdən sonra da Arif Əsgərov qurumda rəhbərliyə davam edib. O, 2004–2015-ci illərdə Azərbaycan dəmir yollarının başında olub.
9 fevral 2015-ci ildə Arif Əsgərovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilməsi barədə Prezident sərəncamı imzalanıb. Həmin gün digər sərəncamla Arif Əsgərov nəqliyyat nazirinin müavini təyin edilib.
13 fevral 2017-ci ildə Nəqliyyat Nazirliyi ləğv edilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Bundan sonra Arif Əsgərovun dövlət strukturundakı fəaliyyəti də sona çatıb.
Onun adı sonrakı illərdə əsasən bəzi qalmaqallarda – məhkəmə və borc məsələlərində, oğulları ilə bağlı biznes və mübahisələrdə, keçmişdə Azərbaycan dəmir yolları ilə əlaqəli tender və korrupsiya iddialarında – çəkilib.
A.Qorxmaz

