
Bakı.Trend:
Slovakiyada metreoloji müşahidələrin aparılmağa başladığı son
100 il ərzində ən isti gecə qeydə alınıb.
“Slovakiya Radiosu”nun məlumatına görə, bu barədə Slovakiyanın
Hidrometeorologiya İnstitutu açıqlama verib.
Belə ki, Qərbi Slovakiyanın Zahori bölgəsində ötən gecə
temperatur 27,5 dərəcədən aşağı düşməyib Bu, gecə saatları üçün
rekord dərəcədə yüksək göstəricidir.
Radionun yaydığı məlumata görə, respublikanın əksər ərazilərində
meteoroloqlar tropik iqlimə xas olan, lakin Mərkəzi Avropa üçün
xarakteri olmayan 20 dərəcədən yuxarı anomal gecə temperaturu qeydə
alıblar.
Slovakiya ilə qonşu ölkələrdən də havanın həddindən artıq isti
olması ilə bağlı məlumatlar daxil olur. Çexiya, Avstriya və
Macarıstanda gecə saatlarında havanın temperaturu 20 dərəcədən
yüksək olub.

