Fransada miqrant qayığı yanıb

Baş səhifə

Fransadan Böyük Britaniya istiqamətində La-Manş boğazı ilə hərəkət edən miqrantların olduğu qayıqda yanğın baş verib.

Modern.az xəbər verir ki, bu barədə BBC Fransanın La-Manş və Şimal dənizi prefekturasının açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, yanğın bu gün səhər saatlarında qayıqdakı mühərrikin alışmasından sonra baş verib.

Xilasetmə əməliyyatı nəticəsində 157 nəfər təxliyə edilərək Bulon-sür-Mer limanına çatdırılıb.

İnsident nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir