
Bakı.Trend:
İtaliyanın Baş naziri Corca Meloni “Q8” şirkətinin ölkədə
yanacaq qiymətlərinin sabitləşdirilməsi ilə bağlı çağırışa
qoşulmasını alqışlayıb və SOCAR-ın bu məsələdə töhfəsini
vurğulayıb.
Baş nazir bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
Meloninin açıqlamasında Küveytə və İtaliyada “Q8”
yanacaqdoldurma məntəqələrini idarə edən qrupa hökumətin enerji
şirkətlərinə yanacaq qiymətlərinin aşağı salınması ilə bağlı
müraciətinə cavab verdikləri üçün təşəkkür edib.
“”Eni” və SOCAR-ın bu qərarından sonra bu gün “Q8″dən də İtaliya
ailələrinə diqqətin daha bir mühüm göstəricisi gəldi”, – deyə
açıqlamada bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Neft Şirkəti
(SOCAR) və İtaliyanın Eni S.p.A. şirkəti SOCAR-ın Kot-d’İvuardakı
Baleine neft-qaz yatağının işlənməsi layihəsində 10 faizlik iştirak
payını əldə etdiyi sövdələşmənin tamamlanması ilə bağlı Protokol
mübadiləsi həyata keçirib.
SOCAR-ın məlumatına görə, sövdələşmə tamamlandıqdan sonra
layihədə iştirakçıların payları belə bölüşdürülüb: Eni – 37,25
faiz, Vitol – 30 faiz, Kot-d’İvuarın milli neft-qaz şirkəti Petroci
– 22,75 faiz, SOCAR – 10 faiz.
“Payın əldə edilməsi SOCAR-a Afrikanın neft-qaz sektoruna çıxış
imkanı verəcək və şirkətin kəşfiyyat və hasilat sahəsində qlobal
fəaliyyətini genişləndirmək üzrə uzunmüddətli strategiyasının bir
hissəsi olacaq”, – deyə şirkətin məlumatında bildirilib.
Xatırladaq ki, sentyabrın 27-də İtaliyanın Baş naziri Corcia
Meloni rəsmi “X sosial şəbəkə heabındakı paylaşımında Azərbaycanın
Prezidenti İlham Əliyevə İtaliyanın bütün ərazisində yanacağın
qiymətlərinin məhdudlaşdırılması ilə bağlı qərara görə təşəkkür
edib.
“Enidən sonra IP şirkəti də ölkə üzrə yanacağın qiymətlərinə
limit tətbiq etmək qərarına gəlib. Bu, İtaliya ailələrinə
göstərilən diqqətin mühüm əlamətidir və yanacağın bahalaşmasının
qarşısının alınmasına konkret töhfə verməyin mümkün olduğunu
təsdiqləyir. Bu diqqətə görə Azərbaycanın Prezidenti İlham Əliyevə,
əməkdaşlığımızı gücləndirən bu addıma görə, həmçinin SOCAR-ın
prezidenti Rövşən Nəcəfə təşəkkür etmək istəyirəm”, – deyə o
yazıb.

