Oktyabrda hava necə olacaq?

Baş səhifə

Bakı.Trend:

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına
yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı
gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi
ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Oktyabr ayının birinci ongünlüyünün birinci yarısında ölkə
ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, bəzi
yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi
ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın orta
aylıq temperaturunun 16-19°C isti olacağı gözlənilir ki, bu da
iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur
13-18°C, gündüzlər 18-23°C, bəzi günlərdə 25-27°C isti olacağı
gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi
yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-40 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və
Şərur rayonlarında
havanın orta aylıq temperaturunun
16-19°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və
bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17°C isti,
gündüzlər 23-28°C, bəzi günlərdə 30-33°C isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə
isə bir qədər çox olacağı (norma 19-32 mm) gözlənilir.




Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam,
həmçinin Daşkəsən-Gədəbəy rayonlarında
havanın orta aylıq
temperaturu 9-13°C isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxındır. Gecələr havanın temperaturunun 5-10°C,
gündüzlər 13-18°C, bəzi günlərdə 23-25°C isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə
isə bir qədər çox olacağı gözlənilir (norma 47-56 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın,
Zəngilan rayonlarında
havanın orta aylıq temperaturunun
10-13°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr havanın temperaturu 4-9°C, gündüzlər 12-17°C, bəzi günlərdə
19-24°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim
normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir
(norma 53-56 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər,
Füzuli rayonlarında
havanın orta aylıq temperaturunun
15-18°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və
bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17°C, gündüzlər
19-24°C, bəzi günlərdə 26-28°C isti olacağı gözlənilir. Aylıq
yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir
qədər çox olacağı gözlənilir (norma 31-36 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında
havanın orta aylıq temperaturunun 13-16°C
isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir
qədər yüksəkdir. Gecələr havanın temperaturu 9-14°C, gündüzlər
17-22°C, bəzi günlərdə 25-28°C isti, dağlarda gecələr 2-7°C isti,
gündüzlər 7-12°C isti olacağı gözlənilir. Aylıq yağıntının
miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 33-126
mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi,
Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab,
Salyan, Neftçala rayonlarında
havanın orta aylıq
temperaturunun 17-19°C isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu
13-18°C, gündüzlər 19-24°C, bəzi günlərdə 26-29°C isti olacağı
gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın
olacağı gözlənilir (norma 31-46 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara,
Cəlilabad rayonlarında
havanın orta aylıq temperaturunun
15-18°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və
bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18°C, gündüzlər
18-23°C, bəzi günlərdə 26°C isti, dağlarda gecələr 5-10°C isti,
gündüzlər 12-17°C isti, bəzi günlərdə 20-24°C isti olacağı
gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın
olacağı gözlənilir (norma 96-274 mm).

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir