
Bakı. Trend:
Qəza səbəbindən Zığ şosesi-8 Noyabr prospekti istiqamətində
nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət
qoyulub.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzinin məlumat verilib.
Bildirilib ki, paytaxtın Suraxanı rayonunun Zığ şosesində
yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən yük
avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması
nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.
Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik
tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və
hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.

