Bakı polisi hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib

Baş səhifə

Bakı. Trend:

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar
sürücü və piyadalara müraciət edib.

Müraciətdə yağış və çiskin zamanı yol örtüyünün sürüşkən olması,
görmə məsafəsinin məhdudlaşmasının sürücülərdən daha çox diqqət və
məsuliyyət tələb etdiyi bildirilib.




Sürücülərə hava şəraitini düzgün qiymətləndirmək, meteoroloji
şəraitə uyğun sürət seçmək, nəqliyyat vasitələrinin şüşəyuyan və
şüşəsilgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamaq
tövsiyə olunub. Həmçinin zərurət olmadan qəfil manevrlərdən və
kəskin tormozlama hərəkətlərindən çəkinmək çağırışı edilib.

İdarə piyadaları da təhlükəsizlik qaydalarına daha ciddi əməl
etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyatını
təhlükəyə atmamağa çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir