
Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə
və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir. Bəzi
yerlərdə qısamüddətə güclü olacağı ehtimalı var. Günün ikinci
yarısından yağış tədricən kəsiləcək. Cənub-şərq küləyi səhər
şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Havanın temperaturu gecə 15-17° isti, gündüz 18-22° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunndan 767 mm civə sütununa
yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar
yağacağı, gecə və səhər saatlarında bəzi şərq rayonlarında
yağıntıların güclənəcəyi ehtimalı var. Axşamdan yağıntılar tədricən
kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi
əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti,
dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.

