Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Gürcüstanın xarici ticarət
dövriyyəsi (bəyan edilməmiş ticarət istisna olmaqla) 20 milyard
534,7 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin müvafiq
dövrü ilə müqayisədə 9,2 faiz çoxdur.

Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat
yayıb.




Məlumata görə, xarici ticarətdə ixracın dəyəri 6 milyard 153
milyon ABŞ dolları (artım 19,6 faiz), idxalın dəyəri isə 14 milyard
381,7 milyon ABŞ dolları (artım 5,3 faiz) təşkil edib.

Hesabat dövründə mənfi ticarət saldosu 8 milyard 228,8 milyon
ABŞ dolları olub ki, bu da xarici ticarət dövriyyəsinin 40,1
faizini təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir