Oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)
tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə
oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Bu barədə ƏƏSMN-dan məlumat yayıb.




Bildirilib ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası,
oktyabrın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün
isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin oktyabr ayı
üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş
pensiyalar ödənilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir