
Bakı.Trend:
Braziliyada sevdiyi qadınla görüşmək üçün əşyalarını satan kişi
onun süni intellekt vasitəsilə yaradılmış virtual personaj olduğunu
öyrənib.
Bu barədə “Hindustan Times” nəşri məlumat yayıb.
Belə ki, Braziliyanın 49 yaşlı hörgü ustası Edimar “Cessika
Oliveyra” adlı hesabı izləyib. Virtual qadın videolarında fermadakı
həyatından danışıb, Edimar ora gəldiyi təqdirdə ona qayğı
göstərəcəyini və maddi təminat verəcəyini vəd edib.
Bu vədlərə inanan Edimar əşyalarını sataraq Maranyan ştatından
Belu-Orizonti şəhərinə yola düşüb. Səfər 36 saatdan çox davam etsə
də, o, Cessikanı tapa bilməyib. Sonradan məlum olub ki, Cessika
real həyatda mövcud deyil və süni intellekt vasitəsilə yaradılmış
virtual personajdır.
Pulunu itirən kişi kömək üçün müraciət edib. Sosial xidmətlər
ona yemək verib və evinə qayıtmasına kömək göstərib.
Hesabın yaradıcısı Cessikanın süni intellekt vasitəsilə
yaradılmış personaj olduğunu təsdiqləyib. Bununla belə, o, Edimarla
şəxsən yazışmadığını və onu heç bir yerə dəvət etmədiyini
bildirib.

