
Tunis Respublikasının Prezidenti Kays Sayid Prezident İlham
Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd olunub:
“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə
Zati-alinizə
öz adımdan və Tunis xalqı adından ən səmimi təbriklərimi və ən xoş
arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə möhkəm
cansağlığı, davamlı rifah, qardaş Azərbaycan xalqına isə tərəqqi və
firavanlıq arzu edirəm.
Ölkələrimiz arasında mövcud qardaşlıq bağlarını daha da
möhkəmləndirmək və xalqlarımızın mənafeyi naminə əməkdaşlığı bütün
sahələrdə inkişaf etdirmək üçün birlikdə çalışmaq əzmimizi bir daha
təsdiqləyirəm.
Həmçinin fürsətdən istifadə edərək Sizi və qardaş Azərbaycan
xalqını Qurban bayramı münasibətilə də səmimi-qəlbdən təbrik edir
və xoş arzularımı bildirirəm. Uca Allahdan bu mübarək bayramın
qardaş ölkələrimizə və xalqlarımıza bol ruzi-bərəkət, bütün İslam
aləminə isə daha böyük güc, rifah və əmin-amanlıq gətirməsini
arzulayıram.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.

