
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Çinin daha 250 “Boeing” təyyarəsi
almağa razılaşacağını düşünür.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Düşünürəm ki, onlar daha 250 təyyarə alacaqlar, buna görə də
satışları davam etdirəcəyəm”, – deyə Donald Tramp CNBC telekanalına
bildirib.
Qeyd edək ki, Tramp bu açıqlamanı Çin lideri Si Cinpinlə
görüşündən bir neçə gün sonra verib.
Çin may ayında 200 “Boeing” təyyarəsi almağa razılaşmışdı. Bu
rəqəm analitiklərin gözləntilərindən xeyli az idi. Həmin vaxt Tramp
Çinin “Boeing”dən sifarişini 750 təyyarəyədək artırmasının mümkün
olduğunu bildirmişdi.

