
Bakı. Trend:
Bazar kapitallaşmasına görə dünyanın iki aparıcı kriptovalyutası
olan “Bitcoin” və “Ethereum”un qiymətində artım müşahidə
olunur.
“Binance” platformasının məlumatlarına əsasən, “Bitcoin”in
qiyməti 3,04% artaraq 60 484 dollara, “Ethereum”un (ETH) qiyməti
isə 3,44% yüksələrək 1 690 dollara çatıb.
“CoinMarketCap” platformasının 26 noyabr tarixinə olan
məlumatına görə, kriptovalyuta bazarının ümumi kapitallaşması 2,07
trilyon dollar təşkil edib. Bunun 1,21 trilyon dolları (58,8%) “Bitcoin”in, 206,59 milyard dolları (10%) isə “Ethereum”un payına
düşüb.
“Coinglass” platformasının məlumatına əsasən, son 24 saat
ərzində qlobal kriptovalyuta birjalarında 81 mindən çox treyderin
mövqeyi likvidasiya edilib. Likvidasiyaların ümumi həcmi 342,81
milyon dollar təşkil edib.
Likvidasiyaların böyük hissəsi “Bitcoin” üzrə qeydə alınıb. Belə
ki, 77,94 milyon dollarlıq likvidasiya uzun mövqelərin, 264,87
milyon dollarlıq likvidasiya isə qısa mövqelərin payına düşüb.
Son 24 saat ərzində ən böyük likvidasiya sifarişi “Hyperliquid”
kriptovalyuta birjasında ETH-USD ticarət cütlüyü üzrə qeydə alınıb.
Sifarişin həcmi 3,88 milyon dollar təşkil edib.

