“Bu səhvi edən hər kəs Xəlil Rzaya 5 qəpik məbləğində “cərimə” ödəməli idi” – MARAQLI

AKTUAL Araşdırma

Elçin Şıxlı: “Bu gün onun kimi şəxsiyyətlər azdır, bu isə nikbin olmağa çox da əsas vermir”

Bundan sonra KİV-də Azərbaycan dilinin tələblərini pozan kəslər 100 manatdan 1000 manata qədər cərimə ödəyəcək.

Bəs cərimə tələbinin Azərbaycan dilinin normalarını pozan dövlət məmurlarına qarşı da tətbiqinə ehtiyac varmı? Dövlət məmurunun dövlət dilinə lazımınca bələd olmaması daha ciddi qınaq və müzakirə obyekti olmalı deyilmi?

Açıqlama verən media eksperti Elçin Şıxlı məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Hesab edirəm ki, bu məsələdə mühüm mqəamlardan iri qanuna kimin nəzarət etməsi ilə bağlıdır. Çünki qanuna kimin nəzarət edəcəyi o qanunun özü qədər önəmlidir. Bunun üçün xüsusi monitorinq komissiyası olmalıdır. Yəqin ki, bu məsələ Nazirlər Kabinetinə tapşırlacaq. Hansı ki, oradakı hər kəs dövlət dilində səlis şəkildə danışır.

O ki qaldı məmurlara, təbii ki, hamı dövlət dilini bilməlidir. Cərimə siaysəti tətbiq olunursa, bu, hər kəsə şamil olunmalıdır.

Sizə bir nümunə deyim. Sovet dönəmində Xəlil Rza akademiyada çalışırdı. Xəlil Rza Azərbaycan dilində olmayan söz işlədən şəxslərdən 5 qəpik məbləğində pul yığırdı. Çalışdıqları şöbədə hər kəs bu məsələdə razılığa gəlmişdi. Tutaq ki, kimsə “artıq” sözünün əvəzinə “uje” sözü işlədirdisə, həmin şəxs 5 qəpik cərimə olunurdu. Xəlil Rza vaxtiylə belə bir cərimə tətbiq etmişdi.

Indi Xəlil Rza səviyyəsində Azərbaycan dilini bilən şəxslər buna nəzarət edəcəksə, mən buna razı. Lakin məsələ bundadır ki, bu gün Xəlil Rza yoxdur. Onun kimi adamlar isə çox azdır. Bu isə nikbin olmağa çox da əsas vermir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.