Erkən ölümü gözlərdən bilmək mümkündür

Araşdırma

Alimlər ürək çatışmazlığı olan xəstələrdə erkən ölüm riskini müəyyən edən yeni göstəricinı aşkarlayıblar.
Bununla bağlı “ESC Heart Failure” jurnalında məqalə dərc edilib.
Qeyd olunub ki, pasiyentin göz bəbəyinin forması onun ölümünün yaxınlaşmasının göstəricisi ola bilir. Müşahidələr 870 nəfərin üzərində aparılıb.
Məlum olub ki, ürək çatışmazlığından əziyyət çəkərək vəfat edənlərin çoxunun göz bəbəyi ölümündən əvvəl kiçik olub. Bundan başqa, bu cür pasiyentlərin 50 faizi xəstəxanaya daha çox müraciət edib, böyük göz bəbəyi olanlar da isə bu faiz 28 olub.
Bildirilib ki, göz bəbəyi Altsheymer, Parkinson və şəkərli diabetin diaqnostikasında fəal istifadə olunur. Məqalədə sağlamlıq risklərini təyin etmək üçün etibarlı qeyri-invaziv metodların axtarışı həkimlər üçün ən vacib vəzifələrdən biri olduğu qeyd edilib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir