
Suriya Ərəb Respublikasının səfirliyi 13 ildən sonra Liviyada fəaliyyətini bərpa edib.
APA xəbər verir ki, bu barədə Tripolidə fəaliyyət göstərən Milli Həmrəylik Hökuməti məlumat yayıb.
Bəyanata əsasən, Suriyanın Xarici İşlər Nazirliyinin nümayəndə heyəti artıq Liviyanın paytaxtında yerləşən müvəqqəti qərargahda konsulluq xidmətləri göstərməyə başlayıb.